- Köhnə - Region
- 29 Avqust 2015 13:12
- 3 154
PKK-dan bir gündə 2 terror aktı - 3 şəhid
Türkiyənin Tunceli rayonunda PKK-lı qrup Nizamiyə Polis İdarəsinə minaatanlardan və avtomatik silahlardan atəş açıb.
AzNews.az xəbər verir ki, polislər terror hücumuna dərhal cavab veriblər.
Baş verən atışmada 3 polis yaralanıb, 2 PKK-lı öldürülüb. Ağır yaralanan polislərdən biri aparıldığı xəstəxanada vəfat edib.
Türkiyənin Şanlıurfa vilayətində də terror aktı törədilib. Balıklıgöl Dövlət Xəstəxanasının təcili yardım bölməsindən çıxan polis maşınına hücum edilib. Ağır yaralanan 2 polis əməkdaşı xəstəxanada vəfat edib.
Hadisə yerinə çox sayda polis cəlb edilib. Hücum edənlərin tapılması üçün əməliyyat başladılıb.
Aydan Axundova