PKK polis maşınını partlatdı – 4 nəfər öldü

Türkiyənin Mardin bölgəsində PKK terrorçuları polis maşınını partladıb.


AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, PKK terrorçuları Dargeçit rayonunun girişində inşaatı davam edən bir məktəbdə yanğın başladıb.

Hadisə yerinə gedən yanğınsöndürənlərin təhlükəsizliyini təmin etmək üçün onlar polis heyəti ilə müşayiət olunublar.

Polis maşını yolu keçərkən PKK-lılar öncədən yola quraşdırdıqları partlayıcı qurğuları işə salıblar. Partlayış nəticəsində 4 polis əməkdaşı vəfat edib.

PKK-lı terrorçuların ələ keçirilməsi üçün bölgədə əməliyyat başladılıb.

Aydan Axundova