Türkiyədə yenidən fövqəladə vəziyyət - Kütləvi dəfn mərasimi

Türkiyənin Cizrə qəsəbəsində yenidən fövqəladə vəziyyət elan edilib.


AzNews.az Modern.az-a istinadən xəbər verir ki, Şırnak rayonunun Valiliyi Cizrə qəsəbəsində bu gün saat 19.00-dan etibarən fövqəladə vəziyyət elan edib. Rəsmi açıqlamada bildirilib ki, qəsəbədə PKK terror təşkilatına qarşı aparılan əməliyyatlar davam etdiyi üçün mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə belə qərar qəbul olunub. Bu gün Cizrədə son 8 gün ərzində ölən 16 nəfərin kütləvi dəfn mərasimi həyata keçirilib. Aralarında cəmi 35 günlük olan körpənin, uşaqların da olduğu bu şəxslərin cənazələri minlərlə insanın müşayiəti ilə torpağa tapşırılıb.
Cizrədə bu il sentyabrın 4-dən fövqəladə vəziyyət elan edilib. Həmin qərar dünən axşam saatlarında ləğv olunsa da, bu gün yenidən bərpa edilib.