Nazir emiqrant oldu

Mixail Saakaşvili hökumətinin rus naziri Dmitriy Şaşkin ABŞ-dan Gürcüstana qayıtmayıb. "Novosti Qruziya"ya xəbər verir ki, müdafiə nazirinin səlahiyyətlərini icra edən Şaşkin "Facebook" səhifəsində parlament seçkilərdə qalib gələn "Gürcü arzusu" blokuna səs verən seçicilərə hörmət etdiyini bildirib.

Nazirin vəzifələrini icra edən vurğulayıb ki, o, gələcəkdə Gürcüstana qayıdıb "öz xalqına xidmət edəcək: "Mən ümidliyəm və inanıram ki, yenə də xalqıma və Vətənimə xidmət edə biləcəm". Şaşkin onun barəsində yeni informasiyalar yayılarsa, təəccüblənməməyi məsləhət bilib: " Mən həmişə qanunu müdafiə etmişəm və vəzifəmi layiqli yerinə yetirmişəm. Son 4 ildə hansı qərarlarım olubsa, onlara cavab verməyə hazıram".

Xatırladaq ki, Dmitriy Şaşkin oktyabrın əvvəllərində ABŞ-a ezam olunmuşdu. Amma seçkilərdə "Gürcü arzusu" qalib gəldikdən sonra səfərinin müddətini uzatmışdı.

Bu gün Gürcüstan Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nino Potrjebskaya bildirib ki, Şaşkin məzuniyyət götürüb və bu müddət oktyabrın 25-də başa çatır. Parlament isə "Bizim Gürcüstan-Azad demokratlar" partiyasının lideri İrakli Alasaniyanı yeni müdafiə naziri vəzifəsinə təsdiqləməlidir.

AzNews.az