Sərnişin avtobusu dayanacağa girdi - 12 ölü (Yeniləndi)

Ankarada baş verən dəhşətli yol qəzası nəticəsində ölənlərin sayı artmaqdadır.


AzNews.az Modern.az-a istinadən xəbər verir ki, şəhərin Cebeci və Dikimevi qovşağında əyləc sistemi boşalan avtobus dayanacağının üstünə çıxıb. Hadisə nəticəsində 12 nəfər ölüb, 13 nəfər yaralanıb.
06 DY 5472 nömrə-nişanlı bələdiyyə avtobusunun dayanacaqdakı insanların üstünə çıxması nəticəsində 10 nəfər elə yerindəcə keçinib. Sonradan daha 2 nəfər xəstəxanada dünyasını dəyişib.

***
16:34

Türkiyə paytaxtında dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli mətbuata istinadən xəbərinə görə, Ankarada şəhər daxilində sərnişin daşıyan avtobus idarəetmədən çıxıb və dayanacaqda gözləyən insanları əzib. Nəticədə 11 nəfər ölüb, 8 nəfər isə ağır bədən xəsarətləri alıb.

Paytaxt valiliyindən verilən açıqlamada bildirilir ki, Cəbəci qəsəbəsində təkəri boşalan avtobus dayanacağa girib. Nəticədə bu faciə baş verib.