Rusiyanın Hava-Kosmik Qüvvələrinin təyyarələri yeni zərbə endirərək Suriyanın Xama əyalətində İŞİD silahlılarının komanda məntəqəsinin bərpasının qarşısını alıb. Rusiyanın Hava-Kosmik Qüvvələrinin təyyarələri yeni zərbə endirərək Suriyanın Xama əyalətində İŞİD silahlılarının komanda məntəqəsinin bərpasının qarşısını alıb.

Rusiya İŞİD-in komanda məntəqəsinə yeni zərbə endirdi

Rusiyanın Hava-Kosmik Qüvvələrinin təyyarələri yeni zərbə endirərək Suriyanın Xama əyalətində İŞİD silahlılarının komanda məntəqəsinin bərpasının qarşısını alıb.


AzNews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

Qeyd edək ki, İŞİD silahlılarının Xama əyalətindəki komanda məntəqəsi sentyabrın 30-da Rusiya təyyarələrinin zərbələri nəticəsində dağıdılmışdı.

Suriya Silahlı Qüvvələrinin qərargahı və hava kəşfiyyatı vasitələri qeyd olunan ərazidə bərpa işlərini vaxtında aşkarlaya bilib.

"Bərpa işlərinin qarşısını almaq məqsədilə Əl-Latamna rayonunda yerləşən komanda məntəqəsinə əlavə hava zərbəsi endirilib. Qeyd olunan obyekt tamamilə məhv edilib", deyə Konaşenkov bildirib.