Təqiblərə görə Azərbaycana qaçan Ermənistan “Milli Azadlıq Hərəkatı”nın rəhbəri Vaan Martirosyanın anasını maşın vurub. Təqiblərə görə Azərbaycana qaçan Ermənistan “Milli Azadlıq Hərəkatı”nın rəhbəri Vaan Martirosyanın anasını maşın vurub.

Azərbaycana qaçmış erməni siyasətçinin anasını maşın vurdu

Təqiblərə görə Azərbaycana qaçan Ermənistan “Milli Azadlıq Hərəkatı”nın rəhbəri Vaan Martirosyanın anasını maşın vurub.



AzNews.az düşmən ölkənin mətbuatına istinadən xəbər verir ki, siyasi mühacirin anası Cülyetta Virabyan İrəvanda yolu keçmək istəyərkən vurulub.
O, xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Ermənistan "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vaan Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib. O, rəhbərlik etdiyi müxalif yönümlü qurumun fəaliyyətinə görə Ermənistanda dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərin təzyiqlərinə məruz qalıb. V. Martirosyan özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə bu ilin sentyabrında Ermənistandan qaçaraq, Azərbaycana gəlib.