“Rusiya heç vaxt etibarlı tərəfdaş olmayıb“

"Rusiya heç vaxt etibarlı tərəfdaş olmayıb.


AzNews.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində İran parlamentinin Energetika komissiyasının birinci katibi Əmir Abbas Soltani deyib.

Onun sözlərinə görə, Tehran "Buşəhr" AES-in tikintisi zamanı Rusiyanın İrana qarşı mövqeyinin şahidi oldu: "Rusiya bundan sonra da yalnız öz maraqlarından çıxış edərək fəaliyyət göstərəcək".

Ə.A.Soltani qeyd edib ki, İrana neft satışına görə sanksiyalar tətbiq ediləndə Rusiya Tehranı dəstəkləmək üçün neft ixracını azalda bilərdi: "Lakin Moskva bunu etmədi və bununla da İran iqtisadiyyatına güclü zərbə vurdu".

O, əlavə edib ki, İran sanksiyalar tam aradan qaldırıldıqdan sonra neft və qaz satışı və hasilatını artıracaq: "İran Rusiyanın maraqlarına zərər vursa da, öz iqtisadi və siyasi maraqlarına uyğun hərəkət edəcək. Bununla belə, Rusiya ilə olan ümumi maraqları unutmaq olmaz".