Ötən sutka ərzində Rusiya aviasiyası Suriyada İŞİD terror qruplaşmasının 60 obyektinə zərbələr endirib. Ötən sutka ərzində Rusiya aviasiyası Suriyada İŞİD terror qruplaşmasının 60 obyektinə zərbələr endirib.

Rusiya son sutkada İŞİD-in 60 obyektini məhv etdi

Ötən sutka ərzində Rusiya aviasiyası Suriyada İŞİD terror qruplaşmasının 60 obyektinə zərbələr endirib.



APA-nın RİA "Novosti"-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah İdarəsinin rəis müavini İqor Makuşev bildirib.

O, son sutka ərzində 67 uçuş həyata keçirildiyini qeyd edib: "Bu 67 uçuş "Xmeymim" aviabazasından həyata keçirilib. Su-34M və Su-25SM təyyarələri terrorçuların 60 obyektini məhv edib".

Xatırladaq ki, Suriya prezidenti Bəşər Əsədin müraciəti əsasında Rusiya sentyabrın 30-dan İŞİD mövqelərinə hava zərbələri endirməyə başlayıb.