Tərəflər strateji məsələlərdə anlaşa bilmirlər Tərəflər strateji məsələlərdə anlaşa bilmirlər

Putinin Hindistan səfəri təxirə düşdü

Tərəflər strateji məsələlərdə anlaşa bilmirlər



Rusiya prezidentinin 24 dekabrda Hindistana planlaşdırılan səfəri təxirə düşüb. AzNews.az-ın bu ölkə mətbuatına istinadən verdiyi xəbərə görə, Rusiya ilə Hindistan arasında ikitərəfli sammit keçirilməli idi. Ancaq məlumatlı mənbənin mətbuata ötürdüyü informasiyaya görə, tərəflər arasında əsas məsələlər də narazılıq yaranıb.

Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov bildirib ki, Hindistanla razılaşdırılmalı olan məsələlərə yenidən baxılacaq. O, prezidentin Hindistan səfərinin dəqiq tarixi barədə də məlumat verməyib və bildirib ki, əsas məsələ narazılıqların aradan qaldırılmasıdır.

Hindistan tərəfi də səfərin təsadüfən təxirə salınmadığını bildirib və əlavə edib ki, Rusiya ilə Hindistan arasında AES sahəsində əməkdaşlıqda problemlər yaranıb. Tərəflər AES-nın tikintisi ilə bağlı əsas məqamlarda razılaşa bilmirlər.

Sadiq Musa
AzNews.az