Rusiya İrana qarşı hərbi məzmunlu qətnamənin qəbuluna imkan verməyəcək” Rusiya İrana qarşı hərbi məzmunlu qətnamənin qəbuluna imkan verməyəcək”

Sergey Lavrov: “İrana hərbi müdaxilə mümkündür”

Rusiya İrana qarşı hərbi məzmunlu qətnamənin qəbuluna imkan verməyəcək”

"Rusiya BMT Təhlükəsizlik Şurasına İrana qarşı hərbi müdaxiləyə icazə verəcək qətnamənin qəbuluna imkan verməyəcək". APA-nın İRİB-ə istinadən məlumatına görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, Liviyada olduğu kimi İrana qarşı da hərbi addım atıla bilər: "Liviya təcrübəsini nəzərə alaraq demək olar ki, İrana qarşı da hərbi müdaxilə mümkündür. Bu baxımdan biz BMT Təhlükəsizlik Şurasında müzakirə ediləcək bütün qətnamələrə qarşı son dərəcə diqqətli olacağıq".

S. Lavrov əlavə edib ki, İranın nüvə fəaliyyəti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nəzarəti altında həyata keçirilir: " Tehranın nüvə proqramından hərbi məqsədlər üçün istifadəsinə dair heç bir informasiya yoxdur. İran nüvə yanacağı əldə etmək üçün uranı 4.5 % zənginləşdirməklə məşğuldur".

AzNews.az