Türkiyə pilotsuz uçuş aparatını vurdu

Türkiyə Hərbi Hava Qüvvələri Suirya ilə sərhəddə hansı dövlətə məxsus olduğu bəlli olmayan pilotsuz uçuş aparatını vuraraq yerə salıb.



AzNews.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama yayıb. Açıqlamada bildirilir ki, Suriya istiqamətində - Türkiyə hava məkanı daxilində pilotsuz uçuş aparatının uçduğu aşkarlanıb. Üç dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, aparat uçuşunu davam etdirib. Türkyə hərbi tıəyyarələri uçuş aparatına atış açaraq onu yerə salıblar.

Hadisə Türkiyənin Suriya ilə həmsərhəd Kilis vilayətinin Dəliosman kəndi yaxınlığında baş verib. Əsgərlər hərbi helikopterlə hadisə yerinə göndərilib.