Türkiyədə qarşıdurma - Daha 3 şəhid, 6 yaralı

Türkiyədə PKK terror təşkilatına qarşı həyata keçirilən hərbi əməliyyatlar zamanı baş verən toqquşmada 3 əsgər şəhid olub, 6-sı isə yaralanıb.


AzNews.az-ın APA-ya istinadən xəbərinə görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı açıqlamada 17 terrorçunun da məhv edildiyi bildirilib.

Baş Qərargah havadan və qurudan həyata keçirilən əməliyyatların davam etdiyini vurğulayıb.