- Köhnə - Region
- 19 Oktyabr 2015 21:32
- 7 408
Məşhur türk aktrisa özünü güllələdi
Türkiyənin tanımış aktrisası Harika Avcı özünü qəsddən vurduğunu deyib.
AzNews.az-ın Anspress-ə istinadən məlumatına görə, iki güllə ilə xəstəxanaya yerləşdirilən sənətçi həmin hadisəni özünün törətdiyini etiraf edib. Aktrisa özünü qəsddən vurduğunu, indiyə qədər yaşadıqlarına etiraz olaraq etdiyini bildirib. Yoldaşının silahlarını vəkilə vermək istəyib, lakin onlar almayıblar. Bu zaman aktrisanın səhərə yaxın əsəbləri pozulub və ani qərar verərək özünü vurub. Baxmayaraq ki, çoxdan ayrı yaşayırlar, Harika Avcı yoldaşını 2 dəfə boşanmaq üçün yoldaşını məhkəməyə verib. Lakin ayrılmayıblar.
Aktrisa 2 ay əvvəl qaldığı oteldə hüşunu itirmiş vəziyətdə tapılıb. Avcının özünü güllələdiyi silahın 24 yaş kiçik keçmiş əri İbrahim Öztürkə məxsus olduğu üzə çıxmışdı. İbrahim isə məhkəmənin uzaqlaşdırma qərarından sonra aktrisa ilə görüşmədiyini bildirərək cinayətdə əlinin olmadığını bildirmişdi.
2 güllə yarası alan Avcı isə daha sonra açıqlamasında "səhvən oldu" demişdi. Harika Avcı həmçinində müğənnidir. "Yeşilçam"ın bir çox filmlərində oynayıb. Onun əksər rolları erotik obrazlar olub.
Harika Avcı - "Gitmə" klipi