İranın hərbi gəmiləri Rusiya limanında

İran ordusuna aid üç döyüş gəmisi rus ordusu ilə Xəzər dənizində ediləcək ortaq təlim üçün Rusiyanın cənubundakı Həştərxan limanına daxil olub.


AzNews.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, gəmilər cümə gününə qədər limanda qalacaqlar.

İran nümayəndələri təlim ərəfəsində Rusiya komandirləri və Həştərxan rəhbərliyi ilə görüşəcəklər.

Təlimdən sonra İran donanması Azərbaycanın paytaxtı Bakıya hərəkət edəcək.