Moskvadan Yerevana hərəkət edən sərnişin avtobusunun qəzası nəticəsində 43 sərnişin zərər çəkib, 8 nəfəri ölüb. Moskvadan Yerevana hərəkət edən sərnişin avtobusunun qəzası nəticəsində 43 sərnişin zərər çəkib, 8 nəfəri ölüb.

Sərnişin avtobusu qəzaya düşdü - 8 ölü, 43 yaralı

Moskvadan Yerevana hərəkət edən sərnişin avtobusunun qəzası nəticəsində 43 sərnişin zərər çəkib, 8 nəfəri ölüb.


AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, ölənlərdən yeddi nəfərin kimliyi artıq müəyyənləşib.

Rusiya Daxili İşlər Nazirliyi (DİN) regional idarəsi Higer markalı avtobusun noyabrın 2-də Tula vilayətində Uzlovaya şəhəri yaxınlığında, M-4 "Don" avtomobil yolunun 221-ci kilometrində yerli vaxtla saat 2:40-da aşdığı haqqında məlumat yayıb.

Məlumata görə, yol-nəqliyyat hadisəsi zamanı 65 nəfərlik avtobusda 59 sərnişin olub.

Sərnişinlərin hamısı Ermənistan vətəndaşlarıdır, onların arasında uşaqlar olmayıb. Avtobusu idarə edən sürücü zərər çəkməyib.