Avropalı deputatlar ölkəyə buraxılmadı

Avropa Parlamentinin 5 deputatının İrana nəzərdə tutulan səfəri təxirə salınıb. Bu barədə qərarı Avropa İttifaqının qanunvericilik orqanının rəhbırliyi verib.

Səfərin təxirə salınmasına səbəb İran rəhbərliyinin deputatlarla fikir azadlığına görə Saxarov mükafatı alan iki İran vətəndaşının görüşünü təşkil etməsindən imtinası olub.

"Biz Tehrana uçmağa hazır idik, o zaman bizə İran səfiriyindən zəng vuraraq bildirdilər ki, Saxarov mükafatı laureatları ilə görüş baş tutmayacaq" deyə nümayəndə heyətinin rəhbəri Tarya Kronberq bildirib.
Qeyd edık ki, ötən həftə Avropa Parlamenti iki İran vətəndaşına- vəkil Nəsrin Sotudi və rejissor Cəfər Pənahiyə fikir azadlığı mükafatı olan Saxarov mükafatı tədim edib.

İrana planlaşdırılan səfər çərçivəsində AP-nin nümayəndələri hər iki şəxslə görüşməli və mükafatın verilməsinin təsdiqləyən sənədləri tədim etməli idilər.

Avropa Parlamenti deputatlarının İrana son səfəri 2007-ci ildə baş tutub. O zamandan etibarın İran tərəfi hər dəfə planlaşdırılan səfərlərin müxtəlif səbəblərdən təxirə salınmasına nail olub.


Alpər Oğuz
AzNews.az