- Köhnə - Region
- 11 Noyabr 2015 00:22
- 5 351
Rusiyada azərbaycanlını öldürən şəxs tutuldu
Rusiyanın Tosnensk rayonunda Azərbaycan vətəndaşının qətlinin təfərrufatları bəlli olub.
AzNews.az-ın anspress-ə istinadən məlumatına görə, bu barədə Tosnensk rayon hüquq-mühafizə orqanları xəbər verib.
Avqust ayının 24-də 47 yaşlı azərbaycanlı miqrantı öldürməkdə şübhəli bilinən 29 yaşlı şəxs artıq saxlanılıb. Polisin verdiyi məlumata görə, günorta saat 3-ə yaxın azərbaycanlını güclə avtomobilə əyləşdirən naməlum şəxslər onu Tosnensk rayon Perevoz kəndinə aparıblar.
Orada onu möhkəm döyərək sonradan hadisə yerindən qaçıblar. Yaralı xəstəxanaya çatdırılsa da qəbul otağında ölüb. Polis hadisənin motivləri barədə açıqlama verməsə də saxlanılan şəxsin hadisə zamanı tək olmadığını bildirib. Bu məqsədlə azərbaycanlının qətlində ittiham olunan saxlanılan şəxsin şərikləri axtarılır. Faktla bağlı araşdırmalar davam edir.

Hadisə baş verən ərazi xəritədə
Bu il oktyabrın 27-də Rusiyada azərbaycanlı kişini qətlə yetirənlər tutulub. Azərbaycan vətəndaşının ağır qətlində şübhəli bilinənlər onun başına gətirdikləri dəhşətləri üzə çıxarıblar. Polisin məlumatına görə, saxlanılan şəxslər 4 nəfərdirlər və 31-42 yaşlarındadır. Onlar əvvəlcə Azərbaycan vətəndaşı olan kişini oğurlayıblar. Şübhəlilərdən biri Ermənistan vətəndaşıdır.
Azərbaycanlının itkin düşməsi barədə polisə məlumatı bir qadın verib. Bundan sonra axtarışa başlayan polis qətlin üstünü aça bilib. Bəlli olub ki, hadisə sentyabrın 14-də Sankt Peterburq şəhərinin Puşkinski rayonundakı restorandakı mübahisə nəticəsində baş verib. Mübahisədən sonra saxlanılan şəxslər 39 yaşlı kişini təpiklə döyüblər. Bundan sonra onlar Azərbaycan vətəndaşını öz maşının - "Volkswagen Tuareg"in baqajına qoyaraq boş sahəyə aparıblar. Orada isə ona azı 13 bıçaq zərbəsi vurulub. Sinə və bel nayihəsindən alınan zədələrdən sonra adı açıqlanmayan şəxs dünyasını dəyişib.