Fransadakı dəhşətli terror hadisələri Türkiyənin Antalya şəhərində keçiriləcək G20 Samitinin gündəmini dəyişib. Fransadakı dəhşətli terror hadisələri Türkiyənin Antalya şəhərində keçiriləcək G20 Samitinin gündəmini dəyişib.

Terror G-20-nin gündəmini dəyişdi – Türkiyə səmasında helikopterlər

Fransadakı dəhşətli terror hadisələri Türkiyənin Antalya şəhərində keçiriləcək G20 Samitinin gündəmini dəyişib.


AzNews.az xəbər verir ki, bu barədə məlumatı G-20 sammitində iştirak edən iqtisadçı alim Vüqar Bayramov verib. O, bu gün G-20 samimiti çərçivəsində təşkil edilən bütün panellərin məhz Fransadakı terror hadisəsinin müzakirəsi ilə başladığını bildirib: "Fransa prezidentinin G-20 Samitinə qatılmaması Liderlər Samiti üçün arzuolnmaz olmaqla yanaşı, sabah təşkil ediləcək qlobal müzakirələrin ana xəttinin məhz terrora qarşı mübarizənin gücləndirilməsi məsələsinin olacağını aydınlaşdırıb. Gözlənilir ki, dünya liderləri Fransada baş verən terror hadisəsi daxil olmaqla qlobal terrorizmə qarşı mübarizəninin genişləndirilməsi metodlarını önə çəkəcəklər. Təbii ki, samitdə digər qlobal məsələlər, o cümlədən qlobal iqtisadi durğunluqla bağlı problemlər də diqqətdən kənarda qalmayacaq. Bununla yanaşı, Antalya Samitində nəzərdə tutulan bütün tədbirlər davam etməkdədir".

Vüqar Bayramov Fransadakı terrordan sonra Antalyada, xüsusən Bələk bölgəsində təhlükəsizlik tədbirlərin gücləndirilməsinin müşahidə oldunuğunu qeyd edib. O, şəhər üzərində helikopterlərin ucuşduğunu bildirib. İqtisadçı həmçinin dünyanın digər liderlərinin sammitdə iştirakı ilə bağlı isə hər hansı dəyişikliyin olmayacağını vurğulayıb: "Bu gün bütün liderlərin Bələk bölgəsinə gələcəyi bildirilir. Bu gün tamamlanacaq Beyin 20 sabahdan müzakirələri artıq Dünya Liderlərinə təslim edəcək".

Sevinc Yasinqızı