Rusiya Aralıq dənizindəki sualtı qayıq vasitəsilə İŞİD terror qruplaşmasına zərbələr endirib. Rusiya Aralıq dənizindəki sualtı qayıq vasitəsilə İŞİD terror qruplaşmasına zərbələr endirib.

Rusiyadan İŞİD-ə zərbə

Rusiya Aralıq dənizindəki sualtı qayıq vasitəsilə İŞİD terror qruplaşmasına zərbələr endirib.


AzNews.az-ın anspress-ə istinadən məlumatına görə, bu haqda Rusiyanın kütləvi informasiya vasitələri ölkənin Müdafiə Nazirliyinə yaxın məbələrə istinadən xəbər yayıb.

Zərbə Rusiyaya məxsus "Rostov-na-Donu" sualtı qayığındakı qanadlı raket vasitəsilə Aralıq dənizinin şərq hissəsindən vurulub. Hədəf Suriyanın Rəqqa şəhərinin ətrafı olub.

Qeyd edilib ki, bu, Rusiyanın İŞİD-ə "Kalibr" qanadlı raketlər vasitəsilə vurduğu ilk zərbədir. Hazırda hava və kosmik kəşfiyyat vasitəsilə endirilən zərbələrin nəticələri təhlil edilir.

Həmçinin bildirilir ki, belə bir addım atmaqla Rusiya A321 sərnişin təyyarəsində törədilən terror aktına cavab vermiş olub. Belə ki, bu gün Rusiya rəsmiləri təyyarənin qəzaya uğramadığını, baş verən hadisədə İŞİD-in əli olduğunu bəyan edib.

Eyni zamanda məhz bu səbəbdən Rusiya prezidenti Vladimir Putin terrorçulara zərbələrin daha da gücləndirilməsi haqqında sərəncam verib.