İran bakterioloji silahlarla mübarizə aparacaq

İranda bioloji silahlarla bağlı təhlükənin artması səbəbi ilə yeni Bakterioloji Silahlarla Mübarizə qərargahı yaradılıb. Bu barədə məlumatı Passiv Müdafiə Təşkilatının sədri Qulam Rıza Cəlili verib.

AzNews.az-ın İran mətbuatına istinadən verdiyi xəbərə görə, o, bildirib ki, İranın düşmənlərinin əlində bioloji silahlar var və onlar hər an insanları kütləvi zəhərlənməyə məruz qoya bilərlər.

Məhz bu səbəbdən xüsusi laboratoriya qurulacaq və daimi yoxlamalar aparılacaq. Cəlili onu da bildirib ki, yeni yaradılacaq qərargah Səhiyyə Nazirliyi və digər əlaqəli strukturlarla birgə fəaliyyət göstərəcək. O, həmçinin bu yaxınlarda bakterioloji silahlarla mübarizə ilə bağlı təlimlərin keçiriləcəyini də deyib.

Sadiq Musa
AzNews.az