Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlıların da çox çalışdığı "Sadovod” bazarında etiraz aksiyası keçirilir. Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlıların da çox çalışdığı "Sadovod” bazarında etiraz aksiyası keçirilir.

Moskvada işləyən azərbaycanlılar aksiyaya başladı - VİDEO

Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlıların da çox çalışdığı "Sadovod” bazarında etiraz aksiyası keçirilir.

Ticarət mərkəzində işləyən həmyerlilərimizin verdiyi məlumata görə, aksiya keçirənlər ticarət mərkəzində yer haqqının aşağı salınmasını tələb edirlər.

Onlar böhran səbəbindən ticarətin aşağı düşdüyünü və alverin azaldığını, bu səbəbdən də yer pullarının da salınmalı olduğunu hesab edirlər.

Qeyd edək ki, "Sadovod" ticarət mərkəzi 10 ildən artıqdır ki, fəaliyyət göstərir. Ticarət mərkəzi Rusiyanın ən iri topdan satış mərkəzlərindən sayılır. Qeyri-rəsmi məlumatlara görə, burada 5 mindən çox azərbaycanlı çalışır.



Baku.ws