Məlum olduğu kimi, dünən Rusiyaya məxsus Su-24 qırıcı təyyarəsi Türkiyənin hava sərhədini pozduğu üçün vurulub. Bu hadisə iki dövlət arasında gərginliyə səbəb olub. Məlum olduğu kimi, dünən Rusiyaya məxsus Su-24 qırıcı təyyarəsi Türkiyənin hava sərhədini pozduğu üçün vurulub. Bu hadisə iki dövlət arasında gərginliyə səbəb olub.

Rusiya-Türkiyə “müharibəsi”ndə kim itirəcək? – Ərzaq və qaz idxalı, tikinti və turizm sektoru... (Təhlil)

Məlum olduğu kimi, dünən Rusiyaya məxsus Su-24 qırıcı təyyarəsi Türkiyənin hava sərhədini pozduğu üçün vurulub. Bu hadisə iki dövlət arasında gərginliyə səbəb olub.


Rusiya Türkiyə ilə bağlı kəskin qərarlar qəbul edib. Belə ki, dekabrın 1-dən etibarən Türkiyədən ət idxalı dayandırılıb. Həmçinin Rusiyanın Türkiyədəki səfirinin geri çağırılma ehtimalı da rəsmi xəbərlər sırasındadır. Bundan əlavə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, ölkəyə məxsus "Moskva" kreyseri Türkiyə ilə 60 kilometrlik məsafədə yerləşən Lazkiye sahillərinə yerləşdiriləcək və hava hücumundan müdafiəyə cavabdeh olacaq.

Bir gün içində bu qədər kəskin qərarların verilməsi iki ölkə arasındakı münasibətlərin gərginliyinin pik həddə kimi yüksələcəyindən xəbər verir.

Bəs Türkiyə ilə əlaqələrin kəsilməsi, ərzaq idxalına qadağaların qoyulmasının Rusiyaya nə kimi zərərləri ola bilər?

AzNews.az Rusiyanın Türkiyə ilə münasibətləri kəsəcəyi təqdirdə hansı zərərlərlə qarşılaşa biləcəyi ilə bağlı məlumatları təqdim edir:

Milyonlarla Rusiya turisləri yay fəslində dənizdə istirahətdən məhrum olacaq, onlarla ortaq layihələr həyata keçirilməyəcək, bazarlarda ucuz meyvə və tərəvəz qıtlığı yaranacaq, məhsulların qiyməti yenə artacaq, "Türkiyə axını" qaz ixrac boru kəməri isə tikilməyəcək.

Türkiyə ruslar üçün bağlanır

Rusiya qırıcısının Türkiyə tərəfindən vurulması dərhal turizm sektoruna təsir edib. Rusiya KİV-ləri artıq Türkiyədə terror təhlükəsi səviyyəsinin Misirdən heç də az olmadığını bəyan edib. Rusiya Xarici İşlər Nazirliyi və Mədəniyyət Nazirliyinin Turizm üzrə Federal Agentliyi Türkiyəyə səfər etməmək və bu ölkədə istirahətə dair tur paketlərdən imtina etmək kimi çağırışlar edib.



Rusiya Mədəniyyət Nazirliyinin Turizm üzrə Federal Agentliyi Türkiyədə terror təhlükəsinin yüksək olduğunu əsas gətirərək rus turistlərin bu ölkədə turizm xidmətlərindən istifadə etməsini ciddi qanun pozuntusu adlandırıb. Bildirib ki, belə olan halda, tur agentliklər turizm xidmətləri təklif etdikləri vətəndaşların səyahət üçün ödədikləri məbləği tam geri qaytarmalıdır. Misirdə istirahət seçən insanların da sonradan terrora görə Türkiyəyə istiqamətləndirildiklərini nəzərə alsaq, bu rəqəm ciddi narahatlıq doğuracaq səviyyədədir.

Buna görə də qırıcı təyyarənin vurulmasından sonra Rusiya prezidenti Vladimir Putinin səsələndirdiyi "arxadan vurulan zərbə" ifadəsini Rusiya turizminə "arxadan vurulan zərbə" formasında da istifadə etmək olar.

Bundan əlavə, tur agentliklərlə sıx əməkdaşlıq edən və Rusiyadan Türkiyəyə çarter reysləri təqdim edən aviaşirkətlər də zərbə altında qalıb.


Bu şirkətlərə nə qədər ziyan dəyə biləcəyi hələ hesablanmayıb. Lakin, Misirə olan uçuşların təxirə salınmasından sonra hesablanan ziyanın 9 milyard dollardan çox olduğunu nəzərə alsaq itkinin bu dəfə daha çox olacağını təxmin etmək olar.

Kənd təsərrüfatı məhsullarına qoyulan embarqo

Rusiya ilə Türkiyə münasibətlərinin pozulması təkcə turizm sektoruna ziyan vurmayacaq.

Rusiya İctimai Palatasının üzvü Pavel Siçev Türkiyəyə qarşı iqtisadi sanksiya tətbiq etməyi təklif edib. Bu sanksiya xüsusilə məhsullara qoyulan embarqonu nəzərdə tutur (Hazırda bu tip sanksiya Avropa İttifaqı, ABŞ, Kanada və bir sıra digər dövlətlərə qarşı tətbiq olunur). Onun sözlərinə görə, Türkiyədən ət, balıq, süd məhsulları, meyvə və tərəvəzlərin idxal edilməsinə embarqo qoymaq lazımdır.



Türkiyədən idxal edilən məhsullara embarqo tətbiq edilməsi isə problemlidir. Çünki, Avropa İttifaqına qarşı artıq sanksiya tətbiq edildiyi üçün Türkiyədən başqa alternativ yoxdur.

Bundan əlavə, Tükiyədən gətirilən kənd təsərrüfatı məhsullarına embarqo qoyulması bu məhsulların qiymətinin kəskin bahalaşması ilə nəticələnəcək (Ötən il Rusiyanın tətbiq etdiyi cavab sanksiyalarından sonra qiymətlər artıq yüksəlmişdi) .

Tikinti sektoruna zərbə

Turizm və kənd təsərrufatından başqa Türkiyə Rusiyanın daşınmaz əmlak bazarında da aktiv olub.

"2000-ci illərin əvvəlində demək olar ki bütün tikililəri türklər inşa edib. Bundan sonra onlar artıq lider mövqedə deyillər. Lakin, hələ də hesab olunur ki, türklər çətin layihələri keyfiyyətlə həyata keçirirlər", - deyə "Cushman & Wakefield"ın ortağı Denis Sokolov bildirib.



Rusiya ərazisində fəaliyyət göstərən əsas iki türk şirkəti var: Enka və "Reneyssans Konstrakşn". Onların portfelində xeyli sayda önəmli layihələr yer alıb. Enka Dövlət Dumasının və RF hökumətinin binalarının yenidən qurulmasında iştirak edib. "Reneyssans Konstrakşn" "Federasiya" da daxil olmaqla Moskva-Sitinin üç qülləsini inşa edib.

Qaz boru kəmərləri olmayacaq

Rusiya və Türkiyənin enerji sahəsindəki birgə layihələri də təhlükə altındadır. Rusiya Türkiyədə "Ağquyu" nüvə stansiyasının tikintisindən imtina edə bilər. Bu zaman Rusiya artıq tikintiyə sərf etdiyi 3 milyard dolları itirəcək. Müqavilə Türkiyə tərəfindən də ləğv edilə bilər. Belə ki bu ilin oktyabr ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusların "Ağquyu"nu tikməyəcəyi halda bunu başqalarının edəcəyini bildirmişdi.



Görünən odur ki, hazırda "Türkiyə axını" layihəsinin icrası şübhə doğurur. Rusiya bu layihə barədə hələ ötən ilin sonlarında bəhs etsə də, bu barədə heç bir müqavilə imzalanmayıb.

Lakin, Türkiyə də Rusiyadan idxal etdiyi qaza alternativ tapa bilməyəcək. Buna görə də qaz sahəsində əməkdaşlığın davam edəcəyi ehtimal edilir.

Aydan AXUNDOVA
AzNews.az