Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanı “odla oynamamağa” çağırıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanı “odla oynamamağa” çağırıb.

Ərdoğan Rusiyanı “odla oynamamağa” çağırdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanı “odla oynamamağa” çağırıb.


AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti ölkənin şimal-şərqində Bayburt şəhərində çıxışı zamanı deyib.

Ərdoğan bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Fransa prezidenti Fransua Ollandla görüşü zamanı verdiyi bəyanat qəbuledilməzdir. O qeyd edib ki, Türkiyə HHQ Su-24 bombardmançısını vuranda, onun hansı ölkəyə məxsus olduğunu bilmirdi.

Ərdoğan həmçinin İŞİD-in Türkiyədə neft satması barədə məlumatları təkzib edib. Onun sözlərinə görə, əksinə ABŞ-da sübutlar var ki, məhz Rusiya şirkətləri və İŞİD döyüşçüləri Suriya hökümətinə neft satır.