Rusiya azərbaycanlı ailənin faciəsini nəzarətə götürdü

Rusiyanın uşaq hüquqları üzrə səlahiyyətli nümayəndəsi Pavel Astaxov İrkutskda azərbaycanlı olduğu ehtimal olunan qadının iki azyaşlı uşağı və özünü 8-ci mərtəbədən atması hadisəsini nəzarətə götürüb.


AzNews.az ans press-ə istinadən xəbər verir ki, "Biz bu faciənin bütün detallarını araşdırırıq. Hadisəyə nəyin səbəb olmasını müəyyən etməliyik. Bilməliyik ki, bu dəhşətli addımı atmağa nə vadar edib - psixi pozğunluq, sosial səbəblər, yoxsa başqa bir şey? Əfsuslar olsun ki, bu, ilk belə hal deyil" – deyə Astaxov bildirib.

Noyabrın 28-i İrkutskun Novo-Lenino inzibati vilayətində 32 yaşlı ana əvvəlcə 2 və 4 yaşlı iki oğlunu daha sonra isə özünü 8-ci mərtəbədən atıb. Aldığı xəsarətlərdən qadın yerindəcə dünyasını dəyişib. Hər iki uşaq kritik vəziyyətdə xəstanaya çatdırılsa da 2 yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb. Onun 4 yaşlı qardaşı hazırda İvano-Matreninskaya xəstəxanasında suni nəfəs aparatına qoşulub. Ailə başçısı hadisə baş verən zaman işdə olub.

Hadisə zamanı küçədə polislər olub. Onlar təcili tibbi yardım çağırıblar və zərəçəkmişlərə ilk tibbi yardım göstəriblər.

Qonşuların sözlərinə görə, ailə Azərbaycandan olub.