Rusiya prezidenti Vladimir Putin Parisdə keçirilən BMT-nin İqlim Dəyişikliyi konfransında türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanı görmədiyini və onunla görüşmədiyini söyləyib. Rusiya prezidenti Vladimir Putin Parisdə keçirilən BMT-nin İqlim Dəyişikliyi konfransında türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanı görmədiyini və onunla görüşmədiyini söyləyib.

“Ərdoğanı görmədim və təbii ki, görüşmədim” - Putin

Rusiya prezidenti Vladimir Putin Parisdə keçirilən BMT-nin İqlim Dəyişikliyi konfransında türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanı görmədiyini və onunla görüşmədiyini söyləyib.


AzNews.az-ın APA-ya istinadən məlumatına görə, Vladimir Putinə Parisdə keçirilən mətbuat konfransında türkiyəli həmkarını görməsi və görüşməsi ilə bağlı sual ünvanlanıb.

"Türkiyə prezidentini görmədim və təbii ki, onunla görüşmədim",deyə Rusiya prezidenti suala cavabında bildirib.

O, keçirdiyi bütün ikitərəfli görüşlərdə Türkiyə tərəfindən vurulan Su-24 təyyarəsi ilə bağlı müzakirələr apardığını söyləyib:

"Keçirdiyim görüşlərdə Rusiya təyyarəsinin Türkiyə üçün təhlükə daşımadığı fikri öz təsdiqini tapıb".