İran XİN: “Hava məkanınızı İsrailin üzünə bağlayın” İran XİN: “Hava məkanınızı İsrailin üzünə bağlayın”

İrandan İsrailə qarşı sərt çağırış

İran XİN: “Hava məkanınızı İsrailin üzünə bağlayın”



İran Xarici İşlər naziri Ramin Mehmanpərəst İsrailə qarşı bəyanat səsləndirib. AzNews.az-ın İran mətbuatına istinadən verdiyi xəbərə görə, Mehmanpərəst qonşu ölkələri İsrailə qarşı birləşməyə və hava məkanlarını bu ölkənin üzünə bağlamağa çağırıb.

Mehmanpərəst bildirib ki, İsrail qonşu ölkələrin suverenliyinə zərbə vurur və Sudanda baş verən son hadisələr bunu bir daha sübut etdi. İran XİN rəhbəri BMT-ni İsrailə qarşı tədbir görməyə də çağırıb və bildirib ki, müstəqil ölkənin zavodunu bombalamaq, ərazi bütövlüyü və suverenliyin pozulmasıdır.

Sadiq Musa
AzNews.az