- Köhnə - Region
- 3 Dekabr 2015 16:23
- 7 033
“Putin Türkiyəyə heç nə edə bilməz” – Qabil Hüseynli
“Rusiya prezidenti Vladimir Putun daxildəki imicini qoruyub saxlamaq üçün bu cür təhdid dolu çıxışlar edir”.
Bunu AzNews.az-a politoloq Qabil Hüseynli deyib. Bildirib ki, Putin əsası olmayan söhbətlər edir: "Türkiyə müstəqil dövlətdir. Putin öz daxildəki reytinqini yüksəklərdə saxlayan avam insanlar üçün bu cür danışır. Bununla da Putin onların yanında öz nüfuzunu qaldırır. Həm də bir az özünün əsəblərini sakitləşdirir. Onların bir təyyarəsi vurulubsa, Suriyada hər gün yüzlərlə insan həlak olur. Buna görə heç kim ondan hesabat tələb etmir. Rusiya düz 4 dəfə Türkiyənin hava sərhədini pozub. Amma yalnız bir dəfə təyyarəsini vurublar. Putin Türkiyəyə neynəyə bilər axı? Boş-boşuna, əsası olmayan söhbətlərin danışmağın yeri deyil. Çünki Türkiyə NATO ölkəsidir. Türkiyə onun üçün hansısa geridə qalmış ölkə deyil ki, onu hədələsin".
Qabil Hüseynli qeyd edib ki, hazırda Putin bu çıxışlarla daxildəki reytinqini qorumaq uğrunda mübarizə aparır: "Rusiyaya qarşı lazımi tədbirlər görülüb və bundan sonra da görəcəklər. Bu səbəbdən Putinin hədələrinin heç birini mən Türkiyənin ünvanına yönəldiyini qəbul etmirəm. Sadəcə olaraq Putin daxildəki reytinqini qorumaq uğrunda mübarizə aparır. Bütün çıxışları sırf təbliğat xarakteri daşıyır".
Sevinc YASİNQIZI