- Köhnə - Region
- 8 Dekabr 2015 23:54
- 6 404
Türkiyə daha 2 Rusiya gəmisini həbs etdi
Türkiyə limanlarına səfər edən 2 Rusiya gəmisi Samsun limanında həbs olunub.
Dekabrın 7-də Samsun limanında 7 rus gəmisi saxlanılıb. Gəmilərdən 5-i yoxlanıldıqdan sonra buraxılsa da, 2 gəminin sənədlərə qaydasında olmadığı səbəbindən həbs edilib.
Məlumatı Samsun valiliyi də təsdiqləyib. Valilikdən verilən məlumata görə, həbs olunan gəmilərin sənədləri qaydaya salındıqdan sonra, həbsdən azad ediləcək.
Qeyd edək ki, bir neçə gün öncə Rusiyanın daha 4 gəmisi Türkiyə limanlarında həbs edilmişdi.
Avropa.info