İrəvanda etirazlar davam edir - MSK binasına tərəf yürüş ediblər

İrəvanda dekabrın 6-da keçirilən Konstitusiya reformalarının nəticələrinin ləğv olunmasını tələb edən etirazçılar Mərkəzi Seçki Komissiyasının binasına tərəf yürüş ediblər.


Bu barədə AzNews.az Oxu.Az-a istinadən xəbər verir.

Müxalifətçiləri çoxlu sayda polis müşayiət edirdi.

Hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçıları Mərkəzi Seçki Komissiyasının binasına yaxın buraxmadılar, və onlar Azadlıq meydanına qayıtmağa məcbur olublar.

Etiraz aksiyası burada davam edəcək.