- Köhnə - Region
- 12 Dekabr 2015 11:45
- 5 702
Rusiyadan qovulan türk tələbələrin aqibəti necə olacaq? - Ekspert şərhi
“Rusiyadan çıxarılan türk tələbələr təhsillərini Azərbaycanda da davam etdirə bilərlər”.
Bunu AzNews.az-a açıqlamasında təhsil eksperti, professor Əjdər Ağayev Rusiyada təhsil alan 1030 türk tələbəsinin sözügedən ölkədən çıxarılmasını şərh edərkən deyib. Onun sözlərinə görə, Rusiyadan çıxarılan türk tələbələr ixtisaslarına uyğun ali məktəb və ölkə seçə bilərlər: "Həmin tələbələr onları qəbul edən hər hansı bir ölkədə təhsillərini davam etdirə bilərlər. Çünki Türkiyənin müəyyən ölkələrlə təhsil sahəsində müqaviləsi var. Həmin müqavilədə belə bir şərt var ki, bu tələbələrin dərsə davamiyyəti qaydasındadırsa, treninqləri yerindədirsə, ümumiyyətlə, standartlar ödənilirsə, onları hər hansı istisasa uğyun ali məktəb qəbul edə bilər. Sadəcə, tələbələr narahatdırlar. Amma narahatçılığa əsas yoxdur, onlar yerləşəcəklər və oxuyacaqlar".
Ə.Ağayev qeyd edib ki, Rusiyanın tələbələrə qarşı atdığı addım kökündən yalnışdır: "Rusiyanın şıltaqcasına bu cür hətəkətlərə əl atması əlbəttə ki, ölkələr arasında münasibətlərin pozulmasına gətirib çıxardır. Rusiya-Türkiyə münasibətlərində o hadisələrdə iştirak etməyən adamların, xalqın, hətta tələbələrin bu işə cəlb edilməsinin özündə subyektiv münasibətlər var. Bu münasibətlər ədalətli və obyektiv deyil. Tələbə təhsil alır, onun nə xəbəri var ki, harada hansı general nə əmr verib? Yəni, bu yanaşmanını özü doğru deyil. Düşünürəm ki, zamanla bu sərtlik aradan qalxacaq".
Qeyd edək ki, Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra birinci tərəf türk tələbələrin ölkələrindən çıxmasını tələb edir. Rus professorlar dərsə girməkdən imtina edir, universitet rəhbərliyi isə tələbələri təhsil müəssisəsini tərk etməyə məcbur edirlər.
Bahar RÜSTƏMLİ
AzNews.az