“Rusiya “Azad Suriya ordusu“nu silahla təchiz etmir”

“Rusiya "Azad Suriya ordusu"nu silahla təchiz etmir”.


AzNews.az-ın APA-ya istinadən məlumatına görə, bunu Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojin deyib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin kollegiya iclasında "Azad Suriya ordusu"nun hökumət qüvvələri ilə birgə İŞİD-in mövqelərinə hücuma keçdiyini bəyan edib.

Öz növbəsində "Azad Suriya ordusu"nun nümayəndələri Rusiya tərəfindən hər hansı yardımın edilmədiyini açıqlayıblar.