- Köhnə - Region
- 15 Dekabr 2015 22:08
- 4 139
ABŞ-ın İstanbuldakı konsulluğuna hücum hazırlayan suriyalı tutuldu
İstanbulda yerləşən ABŞ konsuluğunda terror aktı planlaşdıran Suriya vətəndaşı Məhəmməd Racil əl-Xardani həbs edilib.
AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, o, həmçinin İŞİD terror qruplaşması ilə əlaqəli olmasında günahlandırılır.
Nəşrin məlumatına görə, Əl-Xardani ABŞ konsulluğunda "şəhid kəməri" ilə terror aktı törətməyə hazırlaşırdı.
Racil əl-Xardani Türkiyənin cənubunda Qəhrəmanmaraş vilayətində saxlanılıb.
Xatırladaq ki, bir neçə gün əvvəl, ABŞ-ın İstanbuldakı Baş Konsulluğu terror təhlükəsi ilə əlaqədar bağlanıb.