- Köhnə - Region
- 16 Dekabr 2015 10:38
- 7 749
Türkiyə Rusiyanın 27 gəmisini saxladı – Görüş olacaq
Türkiyə Rusiyaya məxsus 27 gəmini, Rusiya isə Türkiyənin 8 gəmisini saxlayıb.
AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Türkiyə ilə Rusiya arasındakı gərginlik Mərmərə, Egey və Qara dənizdə gəmilərin saxlanılmasına səbəb olub. Rusiya öncə Türkiyə bayrağı altında üzən 5, sonra isə 8 gəmisini saxlayıb.
Türkiyə tərəfi Rusiyanın gəmiləri buraxmadığını gördükdə, Rusiya gəmilərini Türkiyə limanlarında saxlamağa start verib.
Cavab olaraq Rusiyanın 27 gəmisi saxlanılıb. Rusiya rəsmiləri vəziyyətin pisləşəcəyini nəzərə alaraq yaranan problemin həll olunması üçün qarşı tərəflə görüşməyə razılıq verib. Hələ ki, görüşün formatı və tarixi barədə məlumat verilmir.
Sevinc YASİNQIZI