- Köhnə - Region
- 18 Dekabr 2015 23:04
- 5 671
Azərbaycan və Türkiyəyə casusluq edən 15 nəfər ifşa edildi - Ermənistanda
1993-cü ildən bu günədək Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) Azərbaycan və Türkiyənin xeyrinə casusluq edən 15 nəfəri ifşa edib.
AzNews.az Modern.az-a istinadən bildirir ki, bunu dekabrın 18-də MTX-nın direktoru Qorik Akopyan açıqlayıb.
Onun sözlərinə görə, operativ-kəşfiyyat tədbirlərinin gedişində Ermənistanın iki vətəndaşının Azərbaycanın xüsusi xidmət orqanları ilə əməkdaşlığının üstü açılaraq həbs edilib.