- Köhnə - Region
- 22 Dekabr 2015 12:42
- 7 674
Rusiyadan Türkiyə ilə bağlı növbəti qadağa – Yüngül sənaye məhsullarına
Rusiyanın Sənaye və Ticarət Nazirliyi Türkiyədən yüngül sənaye məhsullarının 80 faiz idxalını qadağan etməyi təklif edib.
AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya sənaye və ticarət nazirinin müavini Viktor Evtuxov məlumat verib.
O qeyd edib ki, bu qadağa barədə qərar hələ qəbul edilməyib: "Biz RF hökumətinə bu barədə təklif vermişik. Yüngül sənaye məhsullarının idxalının qadağan edilməsi Türkiyə məhsullarını əvəzləməyi bacaran yerli istehsalçılar üçün əlverişli şərait yaradacaq. Lakin qərarın necə olacağını deyə bilmərik".
Aydan AXUNDOVA