- Köhnə - Region
- 30 Dekabr 2015 15:17
- 7 770
Medvedevdən Türkiyəyə qarşı sərt addım – Qərar təsdiqləndi
Rusiya Baş naziri Dmitri Medvedev Türkiyə şirkətləri üçün qadağan olunan fəaliyyət növlərinin siyahısını təsdiq edən qərar imzalayıb.
AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
"İmzalanmış qərarla Rusiya ərazisindəki Türkiyə Respublikasının yurisdiksiyasındakı təşkilatlar, həmçinin, Türkiyə vətəndaşlarının nəzarətində olan təşkilatlar və (və ya) Türkiyə Respublikasının yurisdiksiyasındakı təşkilatların müəyyən növ işlərini (xidmət), onların icralarının 2016-cı il, yanvarın 1-dən qadağan edilməsini nəzərdə tutan siyahı təsdiqlənib", - deyə qərarda bildirilir.
Sözügedən qadağaya Türkiyənin turagentlikləri, mehmanxanalar və dövlət ehtiyacları üçün xidmətlər məruz qalıb.
Hökumətin yaydığı məlumata əsasən, siyahıya xüsusilə aşağıdakı sahələr daxil edilib: bina və mühəndis qurğularının tikintisi, memarlıq sahəsində fəaliyyət və mühəndis texniki layihələndirmə, turistik agentliklərin fəaliyyətinin, mehmanxanaların fəaliyyətinin tədqiqatı və təhlili, dövlət və bələdiyyə ehtiyaclarını təmin etmək üçün görülən işlər, ağac emalı.
Qeyd olunur ki, qadağa sözügedən qərarın qüvvəyə mindiyi zamana qədər imzalanan müqavilələrə şamil edilmir.
Qeyd edək ki, Rusiya-Türkiyə münasibətləri bu il, noyabrın 24-də Türkiyə hava sərhədini pozan Rusiya qırıcı təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra gərginləşib.
Aydan AXUNDOVA