- Köhnə - Region
- 31 Dekabr 2015 20:26
- 8 773
Prezident məmurların kütləvi ixtisarına başladı
Rusiya prezidenti Vladimir Putin bəzi idarə və təşkilatlarda ştatların sayının azaldılması barədə fərman imzalayıb.
AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, sərəncama əsasən bu, Prezident Administrasiyası, FHN , Müdafiə Nazirliyi, Məhkəmə İcraçıları Federal xidməti, prokurorluq orqanları və bir sıra digər idarələrin işçilərinə aid edilir.
Prezidentin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, qanun layihəsi müxtəlif nazirliklərdə və idarələrdə, o cümlədən İstintaq komitəsi və Baş Prokurorluq və onlara tabe olan idarələrdə məmur aparatının azaldılmasına yönələn ardıcıl işlərin davamıdır. Qanunda 10 % məmurun işdən azad olunacağı nəzərdə tutulub.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov.
21 dekabrda Baş nazir Dmitri Medvedyev yanvarın birindən dövlət mülki qulluqçularının sayının 10% azaldılması haqqında qanun imzalayıb.
Eynilə dekabr ayında dövlət qulluqçularının, hakimlərin və hərbçilərin əmək haqlarının 2016-cı ildə indeksləşdirilməsi haqqında qanun qəbul edilib.