- Köhnə - Region
- 3 Yanvar 2016 10:15
- 4 688
Rusiyada binada yanğın - 4-ü uşaq olmaqla 5 nəfər öldü
Rusiyanın Yaroslavl vilayətinin Pesoçnoye qəsəbəsində yaşayış binasında baş vermiş yanğın nəticəsində 4-ü uşaq olmaqla 5 nəfər ölüb.
AzNews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, yanğın 24 mənzilli ikimərtəbəli taxta binada baş verib. Yanğının söndürülməsinə 11 yanğınsöndürmə briqadası, 35 nəfərdən ibarət canlı qüvvə cəlb olunub.
Yanğının baş vermə səbəbləri araşdırılır.