Daha bir ölkə İranla diplomatik əlaqələri kəsdi

Bəhreyn İranla diplomatik münasibətləri kəsib.


Bir müddət öncə Səudiyyə Ərəbistanında Nimr əl-Nimrin edamına etiraz olaraq aksiya keçirilib. Polis aksiyanın bir neçə iştirakçısını tutub.

Səudiyyə Ərəbistanı İranla diplomatik münasibətləri kəsdiyini elan edərək, iranlı diplomatlara krallıq ərazisini tərk etməsi üçün 48 saat vaxt qoyub.

Qeyd edək ki, iki ölkə arasında münasibətlər ərəb dövlətində şiə təriqətindən olan Nimr ən-Nimr də daxil olmaqla, "terrorçuluq və ona təhrikçilikdə" ittiham olunan 47 nəfərin edam edilməsindən sonra gərginləşib.

Report