Ərdoğanı zəhərləməyə çalışdılar - Müəzzinoğlu

Prezident Ərdoğanın zəhərləndiyi aşkar edilib.


AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Mehmet Müəzzinoğlu "Bu gün" qəzetinə açıqlama verib.

"Ölkənin xeyri üçün çalışanlara qarşı bu üsul hər zaman istifadə edilib. Dövləti daxildən sarsıtmaq üçün strategiya seçiblər. Hiyləgərcəsinə davrandılar. Onlar qoyun dərisinə bürünmüş canavar kimidirlər", - Müəzzinoğlu deyib.

"Hizmet" hərəkatının lideri Fətullah Gülənin səhhəti ilə bağlı problemlərini bəhanə gətirərək Türkiyəyə geri dönməməsini xatırladan Müəzzinoğlu "bu, Türkiyəyə etdiyi xəyanətə don geyindirməkdən başqa bir şey deyildi", - deyib.

"O gəlsin biz onun müalicəsi üçün hər şey edərik. Amma ölkəyə xəyanət edibsə bunun cavabını da verməyi gözə almalıdır", - deyib.