Həkim tibb bacısına sataşan xəstəni öldürdü - VİDEO

Rusiyada həkim bir zərbə ilə xəstəni qətlə yetirib.


AzNews.az-ın ans press-ə istinadən məumatına görə, Belqrad şəhərinin 2 saylı xəstəxanasının Terapiya şöbəsinin həkimi pasiyentlərdən birini döyərək öldürüb. Buna səbəb isə xəstənin tibb bacısına sataşması olub.

Hadisənin 2015-ci il dekabrın 29-da baş verməsinə baxmayaraq, otaqda olan nəzarət kamerasının lentə aldığı görüntülər bu günlərdə sosial şəbəkələrdə yayılıb. Görüntülərdə həkimin otağa daxil olduğu və bu zaman xəstənin onu müayinə edən tibb bacısının sinəsinə toxunduğu görünür. Bunun səbəbini tibb bacısından soruşandan sonra terapiya şöbəsinin həkimi xəstəni dartaraq başqa bir otağa aparmaq istəyir.

Lakin otaqdan çıxmaq istəməyən xəstəyə həkim başından zərbə yetirib. Bundan sonra huşunu itirən xəstə yerə yıxılıb. Hirsi soyumayan həkim ona mane olmağa çalışan digər bir insanı da döyüb.

Hadisə yerinə gələn digər həkimlər həkimi sakitləşdirməyə çalışıblar və yerə yıxılan xəstəyə kömək etmək istəyiblər. Lakin pasiyent aldığı zərbədən pasiyent keçinib.

Hal-hazırda Rusiya İstintaq Komitəsi faktla bağlı cinayət işi açıb.