Türkiyədə H1N1 virusundan (“donuz qripi”) ölənlərin sayı artır. Türkiyədə H1N1 virusundan (“donuz qripi”) ölənlərin sayı artır.

Türkiyədə donuz qripindən ölənlərin sayı artır - Daha 3 nəfər öldü

Türkiyədə H1N1 virusundan (“donuz qripi”) ölənlərin sayı artır.


AzNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, yanvarın 9-da daha 3 nəfər bu virusun qurbanı olub.

"Donuz qripi" əlamətləri ilə İstanbul Kartal Dr. Lütfi Kırdar Təhsil və Araşdırma Xəstəxanasına yerləşdirilən 57 yaşlı Səbri Ö., 46 yaşlı Rəmziyə T. və 87 yaşlı Mustafa C. həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.

44 yaşlı Volkan B.-nin müalicəsi isə davam etdirilir.

Bununla da, bu il Türkiyədə "donuz qripi"ndən ölənlərin sayı 16-ya çatıb.

İstanbulla yanaşı, Türkiyənin digər yerlərində də vətəndaşların "donuz qripi" şübhəsi ilə xəstəxanalara müraciəti artıb.

Diyarbəkirdə iki, Əskişəhərdə isə bir nəfər "donuz qripi" şübhəsi ilə xəstəxanaya yerləşdirilib.