“Biz Gürcüstan hakimiyyəti qarşısında bütün öhdəliklərimizi yerinə yetiririk”. “Biz Gürcüstan hakimiyyəti qarşısında bütün öhdəliklərimizi yerinə yetiririk”.

Gürcüstan SOCAR-dan narazıdır? - Rəsmi açıqlama

“Biz Gürcüstan hakimiyyəti qarşısında bütün öhdəliklərimizi yerinə yetiririk”.


Məlumata görə, bu sözləri SOCAR rəhbəri Rövnəq Abdullayev "Rustavi 2" televiziyasına müsahibəsində deyib.

Rövnəq Abdullayev açıqlamasında bildirib ki, Gürcüstanın baş naziri Georgi Kvirikaşvili və digər hökumət nümayəndələri ilə danışıqlar yaxşı keçib.

"Gürcüstan hakimiyyətinə qəbul üçün təşəkkür edirəm. Bütün çətinliklərə baxmayaraq, biz neft və qaz qiymətlərində öhdəliyi yerinə yetiririk. Texniki problemləri isə birlikdə həll etməyə çalışacağıq", - deyə SOCAR rəhbəri bildirib.

"SOCAR Georgia" şirkətinin baş direktoru Mahir Məmmədov isə bildirib ki, Azərbaycan Gürcüstana nəql etdiyi gündəlik təbii qazın həcmini 6 mln kubmetrdən 7 mln kubmetrə qədər artıracaq. Onun sözlərinə görə, görüşdə əsasən müzəkirə mövzularından biri qaza tələbatın pik dövründə texniki imkanların yaxşılaşdırılması idi.

"Bu, yeni baş nazir Georgi Kvirikaşvili səviyyəsində ilk görüş idi. Biz bilirik ki, qış mövsümündə qaz istehlakı böyüyür. Əsas müzakirə etdiyimiz məsələ isə yaranan defisitin texniki yollarla necə doldurmaqdır. Biz razılaşdıq ki, ekspertlərimiz bu istiqamətdə birgə işləyəcəklər", - deyə Mahir Məmmədov bildirdi.



Gürcüstan hazırda özünü üç mənbədən qazla təmin edir. Rəsmi Tiflis gün ərzində SOCAR –dan 6 milyon, "Şahdəniz 1"dən təxminən 3 milyon kubmetr qaz alır. "Şahdəniz 1"dən Bakı-Tiflis-Ərzurum boru kəməri ilə nəql edilir.



Gürcüstan Rusiyadan isə 2-2,5 milyon kubmetr qaz idxal edir. "Qazprom" Gürcüstana 2014-cü ildə 300 milyon kubmetr qaz satıb. Rusiya Ermənistana ötürdüyü qazının tranzit haqqının əvəzində Gürcüstana "mavi yanacaq"satır.

Energetika naziri Kaxa Kaladze iddia edir ki, SOCAR Gürüstanı yetəri qədər qazla təmin edə bilmir.

Ötən gün isə qaz məsələsini müzakirə etmək üçün SOCAR rəhbərliyi və Gürcüstanın hökumət rəhbərlər Tiflisdə görüşüblər. Görüşdə Gürcüstanın qış mövsümündə təbii qaza artan tələbatının tam ödənilməsi üçün mövcud qaz kəmərlərinin texniki vəziyyəti və nəqlin artırılması imkanları ilə bağlı məsələlər müzakirə olunub.

Görüşdə Azərbaycan tərəfini SOCAR prezidenti Rövnəq Abdullayev, "SOCAR Georgia"nın baş direktoru Mahir Məmmədov, Gürcüstan tərəfini baş nazir Georgi Kvirikaşvili və Kaxa Kaladze təmsil edib.

Anspress.com