- Köhnə - Region
- 15 Yanvar 2016 20:31
- 5 698
Ermənistanda donuz qripindən ölənlərin sayı - 13 nəfərə çatdı
Ermənistanda donuz qripindən (H1N1) ölənlərin sayı 13-ə çatıb.
AzNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, yanvarın 13-də xəstəxanaya ağır vəziyyətdə daha 2 nəfər çatdırılıb.
Həkimlərin səylərinə baxmayaraq, xəstələr bu gün vəfat edib. Bununla belə, Ermənistan Səhiyyə nazirliyinin bildirdiyinə görə, ölkədə epidemiya müşahidə olunmur və vəziyyət nəzarət altındadır.