- Köhnə - Region
- 15 Yanvar 2016 23:34
- 6 845
Göyərtəsində 202 sərnişin olan təyyarənin mühərriki sıradan çıxdı
Rusiyanın "Yutair" aviaşirkəti məxsus " Boeing-737 " təyyarəsi Samara şəhərində məcburi eniş etməli olub.
AzNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, buna səbəb təyyarənin mühərriklərindən birinin sıradan çıxması olub.
Hava gəmisinin göyərtəsində 202 sərnişinin olduğu bildirilir. Hadisə zamanı xəsarət alan olmayıb. İnsidentin başvermə səbəbləri araşdırılır.