Ermənistan hakimiyyəti Rusiyadan ölkəyə tədarük olunan təbii qazın qiymətini aşağı salmağı xahiş edib və məsələ ilə bağlı müsbət qərar veriləcəyini gözləyir. Ermənistan hakimiyyəti Rusiyadan ölkəyə tədarük olunan təbii qazın qiymətini aşağı salmağı xahiş edib və məsələ ilə bağlı müsbət qərar veriləcəyini gözləyir.

İrəvan Rusiyadan qazın qiymətini aşağı salmağı xahiş etdi

Ermənistan hakimiyyəti Rusiyadan ölkəyə tədarük olunan təbii qazın qiymətini aşağı salmağı xahiş edib və məsələ ilə bağlı müsbət qərar veriləcəyini gözləyir.


AzNews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın baş naziri Ovil Abramyan sahibkarlarla görüşündə bildirib.

"Yerli istehsalçılar enerji daşıyıcıların qiymətlərinin yerli malların rəqabətqabiliyyətliyinə və iş yerlərinin saxlanılmasına mənfi təsiri ilə əlaqədar baş nazirə narahatlıqlarını bildiriblər", deyə Ermənistan hökumətinin mətbuat xidmətindən bildirib.

Sahibkarlar Abramyandan, Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzv olmasını nəzərə alaraq, qazın qiymətinin aşağı salınması və ödəmələri milli valyuta ilə həyata keçirilməsi ilə bağlı Rusiyaya müraciət etməyi xahiş ediblər.

"Ermənistan hakimiyyəti iki ölkə arasındakı münasibətlərin strateji xarakter daşıdığını nəzərə alaraq artıq Rusiyadan ölkəyə tədarük olunan təbii qazın qiymətini aşağı salmağı xahiş edib və məsələ ilə bağlı müsbət qərar veriləcəyini gözləyir", deyə Abramyan bildirib.