Uşaq tapançadan başına atəş açaraq öldü

Moskvada travmatik tapançadan təsadüfən başına atəş açan uşaq dünyasını dəyişib.


AzNews.az Report-a istinadən xəbər verir ki, bu barədə TASS-a Rusiya İstintaq Komitəsinin Moskva üzrə baş İstintaq İdarəsi rəhbərinin böyük köməkçisi Yuliya İvanova məlumat verib.

"Yanvarın 20-si axşam Svetloozerski küçəsində yerləşən evlərdən birinin mənzilində silahın diqqətsiz saxlanması nəticəsində 11 yaşlı oğlan travmatik tapançadan təsadüfən başına atəş açıb. Uşaq aldığı yaradan hadisə yerində keçinib", - deyə İvanova bildirib.

Onun sözlərinə görə, yoxlama çərçivəsində "göstərilən silahın saxlanmasına görə cavabdeh olan şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək".
Hazırda hadisə yerində müstəntiqlər işləyirlər.