Ankara məhkəməsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğluna qarşı iddiasını təmin etməyib. Ankara məhkəməsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğluna qarşı iddiasını təmin etməyib.

Məhkəmə Ərdoğanın Kılıcdaroğluna qarşı iddiasını təmin etmədi

Ankara məhkəməsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğluna qarşı iddiasını təmin etməyib.


AzNews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, iddia 2014-cü ilin fevralında Kamal Kılıçdaroğlunun Ərdoğan barəsində səsləndirdiyi təhqiramiz ifadələrlə bağlı olub.

Qeyd edək ki, Ərdoğanın vəkilləri Kılıçdaroğlu barəsindəki iddiada dəymiş mənəvi zərərə görə 200 min lirə kompensasiya tələb ediblər.

"Siyasətçilər bu cür hallara yol verməməlidirlər. Bu bizim övladlarımıza pis örnəkdir. Lakin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları göz qabağındadır" deyə Ərdoğanın iddiasının təmin edilməməsinə dair qərar verən hakim Leyla Kundakçı bildirib.

Qeyd edək ki, Ankara prokurorluğu Ərdoğanın Kılıçdaroğluna qarşı yeni iddiasının araşdırılmasına başlayıb. Bu dəfə prezident partiya sədrindən 100 min lirə təzminat tələb edib. Buna səbəb isə CHP liderinin yanvarın 19-da Türkiyə Böyük Millət Məclisinin qrup toplantısındakı çıxışında və şəxsi "Tvitter" hesabında Türkiyə prezidentinə qarşı bir sıra ittihamlar səsləndirməsi olub.

Həmin çıxışlarda Türkiyə prezidentinin şərəf və ləyaqətini alçaldan ifadələrin olduğu iddia edilib.