İran Türkiyə mallarının Rusiyaya geri ixracını qadağan etdi

İranın ticarət naziri Məhəmməd Rıza Nemətzadə Türkiyə mallarının Rusiyaya geri ixracının qadağan olunması barədə sərəncam imzalayıb.


Bu barədə idarəyə istinadən IRNA agentliyi məlumat yayıb.

İdarə nümayəndəsinin sözlərinə görə, müvafiq tədbir Türkiyə və Rusiya arasında münasibətlərin gərginləşməsi fonunda İran istehsalçılarının təhlükəsizliyinin təmin edilməsi üçün görülüb.

"Türk mallarının İran tacirləri tərəfindən geri ixracı İranın ümumi ixrac qaydalarına ziddir", — deyə o bildirib.

Nümayəndə qeyd edib ki, İran istehsalçıları Tehran və Moskva arasında xoş münasibətlərdən İranda istehsal olunan malların ixracı üçün istifadə etməlidirlər.


Report